İyun ayı üzrə qeyri-iş günləri açıqlandı: Neçə gün iş olmayacaq?

İyun ayı üzrə qeyri-iş günləri açıqlandı:
İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

Gundeminfo.az xəbər verir ki, 15 iyun - Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür. Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

Bundan başqa iyun ayına daha 3 şənbə və 4 bazar günü təsadüf edir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...