BVF neft qiymətləri üzrə proqnozunu yeniləyib

BVF neft qiymətləri üzrə proqnozunu yeniləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il xam neftin orta qiyməti bir barelə görə 56,6 ABŞ dolları təşkil edəcək.

"APA-Economics"in Fondun "World Economıc Outlook" hesabatının yenilənmiş iyul buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə neftin qiymətinin orta dəyəri 54 dollar səviyyəsində gözlənilir.

Xatırladaq ki, aprel ayında Fond xam neftin orta qiymətinin bu il 58,52 dollar, gələn il isə 54,83 dollar olacağını güman edirdi.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 32,7% azalaraq 41,29 dollar təşkil edib. Neftin qiyməti kimi, “Brent”, “Dubai” və WTI markalı neftlərin orta qiymətini götürür. Hazırda “Brent” 74,64 dollara, WTI markalı neft isə 72,02 dollara ticarət olunur.

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...