BVF Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu ilin yekunlarına görə, Azərbaycanda işsizlik səviyyəsi 6,4% təşkil edəcək ki, bu da ötən illə müqayisədə 0,8 faiz bəndi azdır.

"APA-Economics"in Fondun "World Economıc Outlook" hesabatının oktyabr buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə bu göstəricinin bir qədər də azalaraq 6,3%-ə enəcəyi gözlənilir.

Qeyd edək ki, ölkədə 2020-ci ildə işsizliyin artması COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi ilə bağlı idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...