Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb
Bu ilin yanvar ayında ölkəmizə 74 057 əcnəbi gəlib.
APA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 105 faiz çoxdur.
Belə ki, 2021-ci ilin yanvarında ölkəyə 36 115 turist gəlmişdi.
Lakin pandemiyadan əvvəlki dövrlə, yəni 2019-cu illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 61 faiz azdır. Belə ki, 2019-cu ilin yanvarında Azərbaycana 191 424 nəfər əcnəbi daxil olub.
Ölkələr üzrə statistikaya nəzər saldıqda ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Səudiyyə Ərəbistanından gəlib. Rusiyadan 26 131, Türkiyədən 17 838, İrandan 9589, Gürcüstandan 4111, Səudiyyə Ərəbistanından isə 3072 nəfər ölkəyə səfər edib.
Qeyd edək ki, əsas hədəf regionlar üzrə ölkələrdən gələnlərin sayı pandemiyadan əvvəlki müvafiq dövrlə müqayisədə az olsa da, Səudiyyə Ərəbistanından gələnlərin sayında 81,6 faiz artım qeydə alınıb. Beləliklə, bu ilin yanvarında Səudiyyə Ərəbistanından 3072 əcnəbi ölkəmizə daxil olub. 2019-cu ilin müvafiq dövründə isə bu rəqəm 1692 nəfər olmuşdu.
238 dəfə oxundu