Bələdiyyə gəlir və xərclərinin vahid portalı yaradılacaq

Bələdiyyə gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi, portalın açıqlığının təmin olunması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən müddəanın icrası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

Qeyd edilən müddəanın icra müddət 2022-2024-cü illərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...