AAYDA-nın büdcəsi 2 milyard manatdan çox olub

2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri ötən illə müqayisədə 81% artaraq 2 001,52 milyon manat təşkil edib. Bu barədə məlumat qurumun hesabatında yazılıb.

Cari il yanvarın 1-nə AAYDA-nın aktivləri 22 556,441 milyon manat olub ki, bu da illik müqayisədə 8,2% çoxdur.

Ötən ildə AAYDA kredit borclarının qaytarılmasına 5,6 milyon manat yönəldib. 2021-ci ildə agentliyin kreditlərə çəkdiyi xərc onun ümumi xərclərinin 0,3 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,9 % olub. Həmin ildə bank xərci 5,767 milyon manat təşkil edib. Ötən il agentliyin bank xərci ümumi xərclərinin 0,3 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,9 % olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
338 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...