Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 7% artıb
Bu ilin yanvar-avqust aylarında əsas kapitala 9 117,0 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 % çox vəsait yönəldilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,1 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 22,5 % artıb. İstifadə olunmuş vəsaitin 5 306,3 milyon manatı və ya 58,2 %-i məhsul istehsalı sahələrinə, 3 292,0 milyon manatı (36,1 %-i) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 843,3 milyon manatını və ya 75,1 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 642,6 milyon manatı və ya 72,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51,0 %, büdcə vəsaitləri 34,5 %, əhalinin şəxsi vəsaitləri 7,2 %, sair vəsaitlər 4,4 %, bank kreditləri isə 2,9 % təşkil etmişdir.
293 dəfə oxundu