Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar verdi DİQQƏT

Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar verdi

GUNDEMİNFO.AZ xəbər verir ki, Azərbaycan Konstitusiya Məhkəməsi (KM) qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib.

Borclular üçün yeganə təsəlliverici məqam odur ki, KM banklara tövsiyə edib ki, mümkün olduğu halda kreditlərin qaytarılması müddətini uzatsın. KM-in xarici valyuta ilə kreditlər üzrə qərarı mayın 14-də açıqlanıb. Lakin məhkəmənin saytında bu qərar dərc edilməyib. Məlum olduğu ki, Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətdə məzənnəsini 1,05 manat səviyyəsində müəyyən edib və bu qərarla da bir sutka ərzində manat dollara nisbətən 33,5% ucuzlaşıb.

Manatın devalvasiyasına qədər məzənnə 0,7862 manat/$1 olub. 2014-cü ildə Azərbaycanda xarici valyuta ilə 5,037 mlrd. manat həcmində kredit verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...