"Oba" market yenə insanları aldadır - Bu da fakt
"Şikayətim OBA Market - dəndir. Zəhmət olmasa nağdsız ödənişlərlə bağlı problemli məsələnizi birdəfəlik həll edin. Artıq neçənci dəfədir ki, sizin kassalarda kartla (nağdsız) ödəniş edən zaman, alış-veriş qəbzində ödənişin nağd üsulla edildiyini görürəm. Ödəniş kartla, nağdsız edilməsinə baxmayaraq, qəbzdə ödəniş nağd üsulla edilib əks olunur".
Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Anar Kərimli adlı vətəndaş narazılığını bildirib.
Vətəndaş qeyd edir ki, OBA Marketlərdə vətəndaşlara verilən kassa çeklərində onları aldadırlar: "Belə halda mən kartla daha niyə ödəniş edirəm, pulu kartdan çıxarıb elə nağd ödəyərəm də. (bu təkcə mənim başıma gələndir, gör gün ərzində nə qədər insanın başı aldadılır). Çünki bu yalnız Oba marketlərdə mövcud problemdir ki, kartı post terminala yaxınlaşdıranda kartla ödəniş edildiyi təsdiq olunmur, gərək satıcı özü komputerdə F9 düyməsini sıxaraq, nağdsız ödənişi təsdiləsin. Oba marketlərdə hər gün satıcı dəyişikliyi olduğu üçün əksər naşı satıcılar ya bu məsələdən xəbərsizdir, ya da ki, bu Oab marketin cibinə nəsə xidmət edir. Oba market hansı əsrdə qalıb bilmirəm, amma mən hələ başqa market tanımıram ki, orda kartı post terminala yaxınlaşdırasan, ödənişin avtomatik nağdsız həyata keçirildiyi qeyd olunmasın".
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
441 dəfə oxundu