Bakıda yanğın baş verən binada ölənlərin sayı 10-a çatdı

Bakıda yanğın baş verən binada ölənlərin sayı 10-a çatdı

Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.

43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.

***

saat 14.02

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Ölənlərdən biri özünü binadan atıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanların sayı 20-dən çoxdur, onların 17 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər Yanıq Mərkəzinə, 2 nəfər 6 saylı Şəhər Xəstəxanasına, 3 nəfər Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. 6-7 nəfərə yerində yardım edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...