AQTA Göyçaydan xaricə xurma daşınmasına qadağa qoyub? VİDEO

AQTA Göyçaydan xaricə xurma daşınmasına qadağa qoyub?
Göyçay rayonu Cəyirli kənd skaini 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu Gundeminfo.az-a müraciət edib.

O, Müraciətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edib.

Natiq Abışov bildirib ki, AQTA rəsmisinin verdiyi qərar onlara ciddi ziyan vurub.

"Biz bağçılıqla məşğul olub ailəmizi birtəhər dolandırırıq. Hər il mövsümü meyvələri özümüzün və digər şəxslərin bağından alıb Rusiyaya aparıb satıb əldə etdiyimiz gəlirlə ailəmizi dolandırırıq. Bu il həmişəki kimi, xurma meyvələrini tədarük edib yük maşınlarına yığb Rusiyaya satmağa aparmaq istəsək də AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə xaricə daşınmaya qanunsuz qadağa qoyulub" deyə Gundeminfo.az-a müraciət edən Göyçay sakini qeyd edib.

O iddia edir ki, onlardan qanunla nəzərdə tutulmayan sənədlər tələb edilir. Həmin sənədlərin isə toplanması üçün 1 aya yaxın vaxt lazım olacağını deyən Natiq Abışov bu mmüddətdə topladıqları məhsulun məhv olacağını bildirib.

Müraciət müəllifi qeyd edir ki, hazırda çoxlu sayda yükmaşınları Eldəniz Qəribovun qadağası ilə Kürdəmir rayon ərazisində saxlanılıb. Belə dava edərsə, məhsullarımız xarab olacaq.

Mətbuat vasitsəsilə Dövlət Başçısında müraciət edən Göyçay sakini kömək istəyir: "Biz Prezident Cənab İlham Əliyevə inanıb ona müraciət edirik. Siz həmişə sahibkarlığın, fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərəncamlar imzalamısınız, onların qayğısına qalmısınız. Hörmətli Prezident Sizdən xahiş edirik bizim müraciətimizi araşdırıb xurma meyvələrimizin Rusiyaya aparılmasına qoyulmuş qadağanaın aradan qaldırlmasına köməklik edəsiniz".

Onu da qeyd edək ki, hazırda mövsümlə əlaqəədar olaraq İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri müvafiq olaraq fermerlərin məhsullarını xarici bazarlara çıxarmaq üçün yardım proqramları həyata keçirir. Bir sıra təşviqedici addımlar atırlar. Qeyr-neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün addımlar atılır.

AQTA Mərkəzi Aran Regional İdarəsinin rəisi Eldəniz Qəribovun indiki vaxtda ixracatla məşğul olan sahibkarları niyə incitdiyi isə bəlli deyil.

Çünki AQTA-dan mövzu ilə bağlı rəsmi açıqlama almaq mümkün olmadı.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
382 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...