Nahid Bağırov vəzifəsini itirəcək - daha sonra isə

Nahid Bağırov vəzifəsini itirəcək -
Yaxıın günlərdə vəzifəsi ilə vidalaşacaq icra başçısı Nahid Bağırov olacaq. Bu barədə Gundeminfo.az-a daxil olan məlumata əsasən barəsində Prezident Adminsytrasiyasına
ən çox şikayət edilən icra başçılarından biri də İsmayıllı rayonunun icra başçısı Nahid Bağırovdur.

Məlumata əsasən kifayət qədər qallmaqallarla dolu olan fəaliyyəti dövründə bu gənc icra başçısı Dövlət Başçısı tərəfindən birbaşa töhmət alan azsaylı icra başçılarındandır.

Belə ki, vəzifəsinə 2020-ci ildə təyin olunandan bir neçə ay sonra "restoran qalmaqalı" ilə gündəmə gəlib.

Amma onun cavan və təcrübəsiz olması nəzərə alınaraq çox da dərinə gedilmədi, yalnız günahını Prezident İlham Əliyev sərəncamı ilə verilən töhmətlə yumalı oldu... Və Sərəncamda deyilirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilir.

Lakin icra başçısı kimi fəaliyyətində yol verdiyi nöqsanlar bununla yekunlaşmadı. Nahid Bağırovun uğursuz idarəetməsi nəticəsində ona birbaşa tabe olan vəzifəli şəxslər cinayətə yol verdilə.

Belə ki, bu ilin sentyabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətindən Gundeminfo.az-a verilən məlumatlardan bəlli olurdu ki, İsmayıllıda tikinti işlərinin aparılması və torpaqların icarəsi üçün rüşvət tələb etməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Sitat: “...İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Maraqlıdır ki, Nahid Bağırovun ətrafı ilə bağlı araşdırmaların bu gün də davam etdirildiyi bildirilir. Büdcə vəsaitlərinin istifadəsi ilə bağlı Hesablama Palatasının da İcra Hakimiyyətində audit yoxlamalarının apardığı deyilir.

Gündeminfo.az-a daxil olan məlumata əsasən Nahid Bağırovun tabeliyində olan vəzifəli şəxslər rayonda iş adamlarını, sahibkarları və fermerləri gözümçıxdıya salıb. Bununla bağlı mediada kifayət qədər geniş məlumatalar yer alıb.

Görünən odur ki, artıq Bakıda bu gənc icra başçısının nazı ilə oynamaq istəmirlər. Məlumatlara əsasən yaxın zamanlarda Nahid Bağırov vəzifəsindən uzalqaşdırılacaq.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...