Binaları yandıran şirkətlə bağlı yeni faktlar

Binaları yandıran şirkətlə bağlı yeni faktlar

Mayın 19-da Bakının Binəqədi rayonunda yaynan 16 mərtəbəli binanın üzlənməsinin “Global Stone” şirkəti tərəfindən həyata keçirildiyi məlumdur.

"Global Construction” tikinti şirkətinin bazasında yaradılmış “Global Stone” istehsal şirkəti binaların fasadlarının poliuretan üzlük materiallarla üzlənməsi üzrə xidmətlər göstərir. Bu şirkət Bakı şəhərində onlarla binanı poliuretan üzlük materialları ilə üzləyib. "Global Stone" təkcə Azərbaycanda binaları üzləməyib. Şirkət saytında Türkiyənin Maliyyə Nazirliyinin binasının və Ankarada bir sıra binaların fasad layihəsinin "Global Stone" tərəfindən işlənildiyi göstərilirdi. "Marja" xəbər vermişdi ki, artıq Şirkətin İnternet resursları bağlanıb.

Gundeminfo.az-ın "Marja"ya istinadən məlumatına görə, “Global Stone”nin istehsal sahəsi Hökməli qəsəbəsində yerləşən “M-Line” mebel fabrikinin ərazisindədir.

21 Fevral 2011-ci ildə mebel fabriki işə salınanda bildirilmişdi ki, ilk dəfə olaraq fabrikdə poliuretan üzlük materiallarının istehsalı xətti də quraşdırılıb. Həmin xəttin aylıq istehsal gücü 18-20 min kvadrat metrdir.

DÖVLƏTİN GÜZƏŞTLİ KREDİTİ İLƏ TİKİLİB

“M-Layn” isə mebel istehsalı ilə məşğul olur. “M-Layn” mebel fabriki dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub. Zavodun açılışı vaxtı bildirilmişdi ki, fabrikin ümumi dəyəri 7 milyon 800 min manatdır. Dövlətin güzəştli krediti bunun 55 %-ni təşkil edir. Fabrik Hökməli qəsəbəsində yerləşir. Fabrikdə təbii ağacdan, MDF-dən, laminəedilmiş MDF-dən, təbii və süni şpondan boyalı və laklı mebellərin istehsal olunur. Fabrikdə Almaniya və İtaliya şirkətlərinin avadanlıqları quraşdırılıb. Zavodda 150 nəfər işçi çalışır.
Yayılan məlumatlara görə, şübhəli şəxs qismində saxlanılan Miryusif Mahmudov "Global Construction” şirkəti ilə bərabər "M-Line" MMC-yə də rəhbərlik edirmiş. Miryusif Mahmudov "Əməkdar Mühəndis"dir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...