Lombard xaosu nə zamana qədər davam edəcək?

Lombard xaosu nə zamana qədər davam edəcək?

Azərbaycanda zaman-zaman qaarşılaşdığımız neqativ informasiyalar bu sahə ilə bağlıdır. Lombardlar.
Banklardan kredit ala bilməyən vətəndaşlar adətən əllərində olan qızıl-zinyət əşyalarını lombardlara girov qoyaraq nağd pul götürürlər.
İlk baxışdan 6-8 faizlə təklif edilən Lombard kreditləri illik 80 -90 faizə başa gəlir. Təbii ki, kredit faizləri aylıq normada yüksək deyil. Lakin nə qədər insan 1 ay ərzində pulunu geri götürə bilir?

Adətən lombardların fəaliyyəəti ilə bağlı qanunlarda olan boşluqlar vətəndaşları ççətin bir vəziyyətə salır. Məsələn gecikməyə görə bağlanan müqavilələr heç bir hüquqi əhəmiyyət daşımır. Lombardların fəaliyyəti nə "Bank olmayan kredit təşkilatları haqqında" nə də "Banklar haqqında" qanunla tənzimlənmir.

Nəticədə 10 manat nizamnamə kapitalı olan MMC yaradılır və vətəndaşlardan girov qəbul etmək qarşılığında kredit fəaliyyəti həayata keçirir Lombardlar.
Nə Maliyyə Nazirliyi, nə Mərkəzi Bank, nə də İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti lombardların fəaliyyətinə nəzarət edə bilmir. Qanunların olmaması bu sahədə adətən hüquqsuz bir vəziyyətə düşən istehlakçılar üçün çətin vəziyyət yaradır.

Məsələn götürək borclunun borcunu ödəmədiyi təqdirdə girovun ələ keçirilməsi məqamına. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan, yəni borc alan özü də açıq hərracdan əldə edə bilər.

Amma adətən Lombardlar borc 2 ay ödənilmədikdə girov sahibindəmn xəbərsiz girovu satışa çıxarır.

Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.
Həmin məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.
Lombardların qanunsuz əməlləri bununla bitmir.

Məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Lombardlar bunu edirmi?
Hazırda bütün ölkə boyu kredit zənciri kimi fəaliyyət göstərən lombardların fəaliyyəti demək olar ki, qanunsuzdur. Mühim məqam ondan ibarətdir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılması tələbi var. Amma bu lisenziyanı hansı qurum verməlidir? Bu bəlli deyil.
Beləliklə ölkəni başına götürən xaotik lombard kredit xaosu əsl reketlikdir. Bu sahədə böyük bir şəbəkə mövcuddur.
Azərbaycan Milli Məclisində isə "Lombardlar haqqında" qanun layihəsi artıq rəflərdə illərdir ki, toz basmış bir halda küncə atılıb.

"Econom X" Analitik Mərkəz



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...