Vidadi İsayevin Bərdədəki İldırımı - VİDEO

Onun özünü necə aparmasını sübut edən görüntülərdən biri sosial şəbəkələrdə yayılıb. İldırım Quliyev söyüşlə, qışqıraraq danışır, özünü yekəxana aparır. Görən də deyər ki, Həsən ağanın qohumudur. Amma bu video bir nümunədir. Verilən məlumatlara görə, İldırım Quliyev "JEK" rəisinin müavini olaraq əksər işçilərə münasibətdə belə qaba, ağzı söyüşlüdür. Ona bu ixtiyarı Bərdə şəhər icra başçısı Vidadi İsayevin verdiyi iddia olunur. İcra başçısının "sağ əli" kimi tanınan İldırım Quliyev ona güvənərək hamıya rüzgar əsdirir, hamını aşağılayır, hədələyir. Sanki İldırım Quliyev böyük vəzifə sahibidir. Yaxşı ki, daha yüksək postda deyil. Hələ "JEK"də rəis müavinidir və belə göylə gedir, rayona rəhbərlik etsəydi, nə olardı?! Ona görə də artıq bu şəxsi durdurmaq üçün Bərdədən müraciətlər edilməkdədir. Ondan şikayətçi olan kollektiv və yerli camaat icra başçısının harınlamış adamının" qaz"ının alınmasını istəyirlər. Bu məqsədlə Prezident Administrasiyasının Bərdə üzrə kuratoruna, regionlarla iş üzrə şöbə müdirinə müraciət edilib. Bildirilir ki, bu şəxs barəsində ölçü götürülməli və İsayevin "sağ əli" kəsilməlidir...
57 dəfə oxundu