Sabunçuda ağacları kəsib yerində obyekt tikiblər - VİDEO

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Maştağa qəsəbəsindəki yeni ikimərtəbəli tikilinin qarşısında ötən gün kəsilmiş ağaclardan gedir.
Obyektin qarşısında səliqə-sahman yaradan fəhlələrdən öyrəndik ki, onlar əraziyə bu gün asfalt örtüyü çəkmək üçün çağrılıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib. Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
46 dəfə oxundu