Fransız casusun məhkəməsində - Şok etiraflar
Azərbaycanın dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan fransalı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baxılır.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs ediliblər. Martin Ryan casusluq, Azad Məmmədli dövlətə xəyanət ittihamı ilə mühakimə edilir. Məhkəmənin yekun hökmü ilə təqsirli bilinsələr, müttəhimlərə uzunmüddətli həbs cəzası tətbiq edilə bilər.
Budəfəki proses də əvvəlkilər kimi açıq keçirilib, yerli və xarici jurnalistlər, səfirlik nümayəndələri məhkəmə salonunda olublar. Ardıcıllığa uyğun olaraq birinci Martin Ryan sərbəst ifadə verib.
Fransız müttəhim əvvəlcə Azərbaycana gəlişi və buradakı işi barədə danışıb. Onun dediyinə görə, Bakıya biznes qurmaq məqsədilə gəlib. Buradakı dostu Raminin təklifi ilə də birgə iş qurublar. Elə bu işlərin gedişində Fransanın Azərbaycandakı səfirliyi ilə əlaqələri yaranıb: “Ramin mənə təklif etdi ki, Fransa şirkətləri ilə əlaqə qurub onları Qafqaza cəlb etməkdə kömək edim. Bu işlərlə bağlı səfirliklə əlaqələrim yarandı”.
Fotoda: Azad Məmmədli
Martin Ryan ifadəsinin davamında mətləbə keçib. O, Fransa səfirliyində və səfirlikdən kənarda olan görüşlərindən, ondan soruşulanlardan söhbət açıb. Təqsirləndirilən şəxs bildirib ki, səfirlikdə üç diplomatla əlaqə yaradıb. Onların hər üçü Fransa xüsusi xidmət orqanlarına aid şəxslər olublar və eyni idarədə yüksək vəzifədə çalışıblar: “Düzdür, onlar mənə kəşfiyyatçı kimi yaxınlaşmadılar. Amma agent olduqlarını başa düşdüm. Davranışlarından və verdikləri suallardan bu bəlli idi. Əvvəlcə pul müqabilində mənə çox təhlükəli bir iş tapşırdılar. Həmin təklifi qəbul etmədim. Onlar daha çox Fransa ilə rəqabətdə olan ölkələr barəsində maraqlanırdılar. Həmin ölkələr sırasında Azərbaycanla əlaqələri olan ölkələr də var idi. Rusiya və İranla bağlı nələrsə öyrənməkdə maraqlı idilər. Hətta deyirdilər ki, Rusiya və İrandan olan iş adamlarına etibar etməyək. Mənə demişdilər ki, yalnız fransızların təhlükəsizliyi ilə məşğul olurlar. İstəyirdilər ki, diqqətçəkən, şübhəli bir məqamla rastlaşsam, onlara xəbər edim. Diplomatlar bir sıra işlərdə fransızdilli Azərbaycan vətəndaşlarından həm ölkə daxilində, həm də ölkə xaricində istifadə etmək istəyirdilər. Məsələn, mənimlə mühakimə edilən Azad Məmmədliyə onlarla işləməyi təklif ediblər. Azad da onlara xidmət edib və hər görüşündən sonra onlarla müzakirə etdiyi məsələlər barədə mənə məlumat verib. Yeri gəlmişkən, səfirlikdə dördüncü agent də var idi. Onun Azadla əlaqəsi var idi. Mən də həmin agentlə cəmi bir dəfə görüşmüşəm.
Mən də bir Fransa vətəndaşı kimi onlara müəyyən xidmətlər göstərmişəm və bəzi məqamlarda da bir sıra şeylərin şahidi olmuşam. Sonra da dost kimi danışmışıq. Yazışmalarımızdan da bunları görmək mümkündür”.
Martin səfirlikdəki üç casusla əlaqəsinə və digər işlərə görə birbaşa Fransa hökumətini günahkar hesab edir: “Cinayətkarların kim olduğuna gəlincə, etiraf edirəm ki, bu, Fransa hökumətidir. Bayaq dediyim üç agenti də Fransa hökuməti Azərbaycana göndərib. Onların davranışlarından görünürdü ki, çox təhlükəli işlərlə məşğul olurlar.
Düzdür, mən heç vaxt onlardan pul götürməmişəm. Amma mənim etibarımdan sui-istifadə ediblər. Etiraf edirəm ki, onlar məni bu işə cəlb etdilər. Elə Azadı da eynilə bu cür manipulyasiya ediblər. Onlar Azərbaycanda fransızların təhlükəsizliyinin qorunması adı altında bizlərdən məlumatlar toplayırdılar. Hətta 2020-ci ildə Qarabağ müharibəsi zamanı mənim Fransa kəşfiyyatçısı Frederiklə 3 dəfə görüşüm olub”.
Martin Ryan daha sonra Bakıda həbs edilməsindən söz açıb. Bu barədə danışarkən səfirlikdəki agentlərin onu qoyub qaçmalarından, Fransa hökumətinin laqeyd münasibətindən bəhs edib: “Mənim həbsimdən sonra Fransa prezidenti Emmanuel Makron Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etdi. Bununla da Fransa hökuməti öz xüsusi xidmət orqanları vasitəsilə Azərbaycanda həyata keçirmək istədiyi kəşfiyyat fəaliyyətinin uğursuzluqla nəticələnməsini bir növ etiraf etmiş oldu. Səfirlikdəki agentlərdən ikisi - Jerom və Loran isə deportasiya edildilər. Onlar yaxşı bilirdilər ki, mən və Azad həbs edilmişik. Amma bizə kömək üçün DTX-yə gəlmədilər. Diplomatik toxunulmazlıqları var idi, təyyarəyə minib getdilər. O agentləri buraya Fransa hökuməti göndərmişdi. Fransa bütün bu işləri həll etmək üçün çalışmalı idi. 1 il 3 aydır həbsdəyəm, hər şeyimi itirmişəm. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir”.
Təqsirləndirilən əcnəbi sərbəst ifadəsinin sonunda həbsinə laqeyd yanaşdıqlarına görə bir daha Fransa rəhbərliyini və mediasını qınayıb. O, eyni zamanda Azərbaycanın öz vətəndaşına göstərdiyi diqqət və qayğını nümunə göstərib: “Həbs edildiyim ilk günlərdə Fransada heç bir media bu barədə məlumat yaymadı. Atam “Franspress” agentliyinə də müraciət etdi, amma heç onlar da bu məsələni ictimailəşdirmədi. Sonradan bir erməni bloqer mənim həbs edildiyimi yazdı və bu məsələni ictimailəşdirdi. Sonra isə Fransa hökuməti mənim Azərbaycanda həbs edilməyim haqda bəyanat yaydı. Bundan sonra atamı mütəmadi Fransa Xarici İşlər Nazirliyinə çağırıblar və həmin şəxslərin guya “akkreditə olunmuş diplomatlar” olduğunu bildiriblər. Daha sonra atam məsələni aydınlaşdırmaq üçün 2024-cü ilin may ayında Fransa xüsusi xidmət orqanına gedərək məktub formasında müraciət edib, lakin bu günədək məktubuna heç bir cavab almayıb. Atam müraciətinin cavabsız qaldığını görərək məsələni məhkəmə predmetinə çevirmək niyyətindədir. Mən də atamın bu mövqeyini dəstəkləyirəm.
Öz vətəndaşlarının müdafiəsi cəhətdən isə Azərbaycan hökumətini nümunə göstərmək istəyirəm.
Sonda onu demək istəyirəm ki, mən bu ölkəyə dürüst məqsədlərlə gəlmişdim. Lakin problemləri görüb düzgün qiymətləndirə bilmədim. Bu səbəbdən də Azərbaycanın mənə olan etimadını itirmişəm. Çox peşmanam”.
Bununla təqsirləndirilən şəxs sərbəst ifadəsini bitirib. Amma tərəflərin ona çoxsaylı sualları var. Prosesin sual-cavab hissəsi martın 12-si keçiriləcək.
57 dəfə oxundu