Kremldən rəsmi açıqlama: “Putin İrəvana gedəcək”

Kremldən rəsmi açıqlama: “Putin İrəvana gedəcək”

Kremlin mətbuat xidməti prezident Vladimir Putinin aprelin 24-də “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcəyini rəsmən açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, açıqlamada səfərin erməni tərəfin dəvəti əsasında həyata keçiriləcəyi bildirilir.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentləri ikitərəfli münasibətlərə dair gündəm mövzularını, inteqrasiya proseslərini, aktual regional və beynəlxalq mövzuları müzakirə edəcəklər” - deyə açıqlamada bildirilir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin İrəvana səfərinə dair hələ qərar verilmədiyini açıqlamışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...