Zakir Fərəcov niyə üzlükləri sökmür? - İcra başçısı Xırdalan əhalisini təhlükə altına atır

Bakının Binəqədi rayonunda, Azadlıq prospektində onlarla ailənin həyatına faciə yaşadan tezalışan üzlüklərin sökülməsi bütün ölkə boyunca həyata keçirilir. Gəncədə, Sumqayıtda yanan binanın üzlənməsi zamanı istifadə edilən üzlüklər Bakının bir addımlığında, Abşeron rayonunda hələ də qalır. Dövlət başçısı, cənab prezidentin göstərişindən sonra verilən 2 həftəlik sürənin yarısı getsə də, Abşeronda tezalışan üzlüklərin sökülməsi ilə bağlı heç bir iş aparılmır. Rayonun mərkəzi qəsəbəsi olan Xırdalan şəhərində xeyli sayda yaşayış binası var ki, onların üzlüklərin sökülməsi bir yana, işıqlandırılması ilə bağlı da heç bir iş həyata keçirilmir.
GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, Xırdalan sakinləri narazılıqlarını ifadə etmək üçün mətbuata müraciət ediblər. Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən 4 yaşayış binasının üzlüyü Binəqədidə yanan binanın üzlükləri ilə üzlənib.




Məlumatlara əsasən Abşeronun icrpa başçısı Zakir Fərəcov bununla bağlı olaraq heç bir iş görməyib. Hətta rayon rəhbərliyi dövlət başçısının bəlli tapşırıqlarından sonra müvafiq olaraq heç bir toplantı keçirməyiblər. GUNDEMİNFO.AZ-a məlumat verən yerli sakinlər deyir ki, Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən 5 hündürmərtəbəli bina məhz tezalışan üzlüklərlə üzlənib. Adıçəkilən ünvanda yaşayan sakinlər iddia edirlər ki, Binəqədidə yaşanan faciədən sonra bir nəfər də olsun dövlət məmuru onların binasına baxış keçirməyib. Məsələ burasındadır ki, bununla bağlı olaraq ortada olan faktlarla bağlı icra başçısı Zakir Fərəcova məlumatlar verilsə də, heç bir nəticəsi olmayıb. Məlumatlara əsasən icra başçısı Zakir Fərəcov hələ də dövlət başçısının müvafiq olaraq göstərişləri ilə bağlı olaraq heç bir tədbir görməyib.
841 dəfə oxundu