169 saylı marşrutdan kütləvi narazılıq - Yol qısalıb, qiymət isə baha

169  saylı marşrutdan kütləvi narazılıq -

Abşeron rayonu istiqamətindən paytaxta doğru hərəkət edən əksər marşrutların son dayanacaqları dəyişdirilib. GUNDEMİNFO.AZ-a şikayət edən Abşeron rayonu Masazır kənd sakinləri deyirlər ki, 169 saylı marşrutdan dəfələrlə şikayət etsələr də onları dinoləyən olmayıb. Marşrutdan istifadə edən kənd sakinləri deyirlər ki, əvvəllər son dayanacaq «Memar Əcəmi» metrostansiyasının qarşısı idi. «Şamaxinka», «20 yanvar dairəsi», «3-cü mirkrayon dairəsi» və «Memar Əcəmi» stansiyasına qədər hərəkət edən bu marşrut indi, son dayanacaq olaraq Bakı Beynəlxalq Avtovağzalına qədər hərəkət edir.

Redaksiyamıza şikayət edən sakinlər deyir ki, marşrutun sahibi qiyməti 25 qəpiyə qaldırıb. Dayanacaqlar qısa olsa da, qiyməti aşağı salmaq haqda düşünmürlər. «Avtobus sürücüləri demək olar ki, 5 qəpikdən istifadə etmirlər. 30 qəpik çıxırlar. Narazılıq edəndə də hələ bizi borclu çıxarırlar ki, yollarınız bərbaddır, İndi biz avtovağzaldan şəhərə getmək üçün bir neçə dəfə marşrut dəyişməli oluruq. Marşrutun sahibindən xahiş etmişik ki, qiyməti 20 qəpiyə endirsin. Onsuz da məsafə qısalıb. Həm də 5 qəpik olmadığına görə, biz 169-a 30 qəpik veririk. Qısa bir məsafədə, cəmi 3-4 kilometrə görə 30 qəpik ödənilməsi nə qədər doğrudur» deyə Masazır sakinləri şikayətlərində bildirirlər.

GUNDEMİNFO.AZ-a danışan sakinlər deyirlər ki, onların bu qədər xərcə düşməməsi üçün Nəqliyyat Naziriliyinə müraciət edirlər. Xahiş edirlər ki, heç olmasa 169 saylı marşrutda qiymətlər 20 qəpiyə qədər endirilsin.

Qeyd edək ki, Tarif Şurasının qəbul etdiyi avtobus marşrutlarında qiymətlərlə bağlı olaraq müvafiq tariflərə görə, Masazırdan Avtovağzala qədər olan məsafə üçün qiymət 20 qəpikdən baha ola bilməz. Lakin fotodan da gördüyünüz kimi marşrut sahibi «Gediş haqqı 25 qəpik» sözləri yazıb və lövhənin altında da öz mobil nömrəsini yerləşdirib. Lakin GUNDEMİNFO.AZ-ın əməkdaşları həmin lövhədəki mobil nömrəyə zəng etsələr də götürən olmayıb. Yaranmış narazılıqla bağlı marşrut sahibinin də mövqeyini öyrənməyə hazırıq. Güman edirik ki, Nəqliyyat Nazirliyi Masazır camaatının bu narazılığı ilə bağlı müdaxilə edəcək.

169  saylı marşrutdan kütləvi narazılıq -


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...