Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var - TƏHLİL

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -

2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 15 mln. 378,630 min manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 43,8% azdır.

“APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, hesabat dövründə 161-i güzəştli olmaqla, ümumilikdə 476 ipoteka krediti verilib. 2015-ci ilin ilk üç ayında 7 mln. 287,500 min manatlıq güzəştli, 8 mln. 91,100 min manatlıq adi ipoteka krediti verilib.


Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -

Başqa sözlə, 2015-ci ilin aprelin 1-nə, ipoteka kreditlərinin sayı 16 318-ə, ümumi həcmi isə 572 mln. 749,230 min manata çatıb.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 660,280 mln. manat təşkil edib.

İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 39,3%-i dövlət büdcəsi, 60,7%-i qiymətli kağızların payına düşüb.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -
Güzəştli şərtlərlə ipoteka krediti alanların 79,6%-ni hərbi qulluqçular, 8,4%-ni dövlət qulluqçuları, 8%-ni məcburi köçkünlər, 2,1%-ni elmlər namizədləri, 1,5 %-ni idmançılar, 0,3 %-ni şəhid ailələri təşkil edib.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -

Borcalanlar üzrə təhlil

Bu ilin yanvar-mart aylarında adi və güzəştli ipoteka krediti üzrə borcalanların 82,5%-ni kişilər, 17,5%-ni qadınlar təşkil edir.



Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 67,5%-i evli, 32,5%-i subaydır.



Borcalanların 34,4%-i 18-29 yaş, 34,9%-i 30-35 yaş arasında, 30,7%-i isə 36 yaşdan yuxarı olub.





İpoteka krediti alanların 42,7%-i dövlət sektorunda, 57,3%-i özəl sektorda çalışır.




Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 32,8%-i dövlət xidmət sahəsində, 29,6%-i müəssisə və firmalarda, 23,8%-i bank-maliyyə sektorunda, 13,8%-i neft-qaz sektorunda işləyir.




Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 33,3%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,6%-nin maaşı 700-900 manat, 19,4%-nin 500-700, 15%-nin 900-1100, 8,1%-nin 300-500 manatdır. Borcalanların 2,7%-nin əmək haqqısı 300 manatdan aşağıdır.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -

İpoteka predmeti üzrə təhlil

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron-Xırdalan, Gəncə və Naxçıvanda yerləşir.



Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 22,3%-i Xətai, 15,8%-i Yasamal, 14,1%-i Binəqədi, 11,2%-i Nəsimi, 9,5%-i Nizami, 8,3%-i Nərimanov, 6,4%-i Suraxanı, 4,6%-i Sabunçu, 3,8%-i Səbail, 2,7%- Qaradağ rayonunda yerləşir.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -


İpoteka yolu ilə alınan mənzillərin 58,5%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 33,1%-nin dəyəri 60 000-90 000 manat, 4%-nin 90 000-120 000 manatdır, 1,7%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 2,7%-nin qiyməti 30 min manatdan aşağı olub.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -
Bu mənzillərin 42%-nin sahəsi 40-60, 30,5%-nin 60-80, 10,9%-nin 80-100, 3,9%-nin 100-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 8,7%-nin sahəsi 40 kvadratmetrdən azdır, 4,3%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmində azalma var -


Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 93,3%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 6,7%-ni isə həyət evləri təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...