Komitə sədri Abutalıbovu və Hacı İbrahimi məhkəməyə verdi

Komitə sədri meriyanı və iş adamına məxsus şirkəti məhkəməyə verib
Əmlak məsələləri üzrə dövlət komitəsinin rəhbəri Kərəm Həsənov “Avesta konserni”nin rəhbəri Hacı Ibrahim Nehrəmliyə məxsus “Həsən-96" şirkətini və Bakı Şəhər Icra Hakimiyyətini məhkəməyə verib. Bu barədə məlumatı ”Reytinq" qəzeti yayıb. Məlumatda deyilir ki, Bakı meriyası Hacı Ibrahimin tikinti aparan şirkətinə ayırdığı yer üzrə qanunsuz sərəncam verib.
Yəni dövlətin balansında olan və bunun üçün mütləq Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmalı olduğu halda, bu, edilməyib. Meriya özəlləşdirilməmiş, dövlət fondunun balansında olan torpaq sahəsi üzərində meriya sərəncam verib. “Həsən-96" isə bu sahə üzərində qanunsuz tikinti aparıb. Indi də komitə məhkəməyə üz tutaraq, tikintinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Məlumata görə, komitənin iddiası əsasında artıq 2 saylı Baakı Inzibati-Iqtisadi Məhkəmədə iclas keçirilib. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəyə son qoymayıb. Iş hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırılır.
Məlumatda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin “Həsən-96" MMC və Bakı Şəhər Icra Hakimiyyətinə qarşı ”özbaşına tikililərin sökülməsi, ərazinin əvvəlki vəziyyətinə qaytarılması" və sair tələblərdən bəhs edən şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə baxışa qəbul olunub.
Hakim iş üzrə iyunun 11-nə iclas saatı təyin edib. Əgər məhkəmə komitənin şikayətini təmin edərsə, bu, Hacı Ibrahim üçün daha bir ciddi zərbə sayılacaq.
452 dəfə oxundu