Nazirlik PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı

Nazirlik PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırmaya başladı

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az saytına açıqlamasında bununla bağlı araşdırma apardıqlarını bildirib: “Bu barədə hələ bir söz deyə bilmərəm. Araşdırma aparırıq”.

Qeyd edək ki, bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və PKK-ya qoşulduqlarını təsdiqləyirlər. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edirlər. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...