Bakccelin 7 qəpik fiaskosu - müştərilər kütləvi narazılıq edir

Bakccelin 7 qəpik fiaskosu -

Ölkəmizdə mühim bir beynəlxalq yarışma keçirildiyi bir vaxtada, Azərbaycanın aparıcı mobil operatorlarından biri ilə bağlı GUNDEMİNFO.AZ-a xeyli sayda müştərilər narazılıqlarını bildiriblər. Bakcell müştəriləri saytımıza bildirirlər ki, onlar bir həftədir, saatı 7 qəpik olan danışıq kampaniyasından yararlana bilmirlər. Onlar deyirlər ki, bu kampaniyaya qoşulanlar danışığı bir saat ərzində davam etdirə bilərlər. Əgər danışıq başladığı andan 2 dəqiqə sonra da kəsilsə, abunəçilərin balansından 7 qəpik çıxılır. Faktiki olaraq isə bu kampaniyadan yararlanmaq istəyən abunəçilər son bir həftə ərzində texniki problemlər səbəbindən kəsilmələrə görə, pullarını itirməli olurlar. Qeyd edək ki, mövzu ilə bağlı Bakcell-in rəsmi mövqeyini də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...