“Bayıl qəsəbəsinə Nuru Paşanın adı verilsin”

“Bayıl qəsəbəsinə Nuru Paşanın adı verilsin”

İctimai təşkilat təkliflərlə çıxış edib “Məram” İctimai Birliyi təkliflərlə çıxış edib. Birlik Səbayel rayonun Bayıl qəsəbəsinə Nuru Paşanın və ya bütövlükdə “Şanlı ordu”nun adı verilməsini təklif edib. Bundan başqa, təklifdə qeyd olunur ki, qəsəbənin giriş hissəsində tarixi hadisələrin ruhuna uyğun olaraq “Triumfal arka” inşa olunsun.

“Məram” təşəbbüsünü belə əsaslandırıb: “Məlumdur ki, Nuru Paşanın şanlı Qafqaz (müsəlman-türk) ordusu zəfərinə zəfər qataraq, 1918-ci ilin sentyabrında Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakıya Bayıl istiqamətindən daxil olub və xalqımıza, onun istiqlalına qənim kəsilmiş qüvvələrin vəhşiliklərinə son qoyub. Məhz bu tarixi qələbədən - Bakı azad edildikdən sonra Cümhuriyyətimizin milli hökuməti Gəncədən Bakıya köçüb”.

Birlik hesab edir ki, Səbayel rayonu ərazisində, məsələn, Dağüstü parkda Şərq-Azərbaycan memarlıq üslubunun elementlərini özündə əks etdirən, böyük sütunlarla əhatə olunmuş və şəhərin əksər yerindən görünə bilən bina-muzey də ucaldıla bilər.

Qurumun digər təklifi bütövlükdə Səbayel rayonunun adı ilə bağlıdır. Belə ki, birlik bu rayona Heydər Əliyevin adının verilməsini təklif edib. Təkliflərlə bağlı dəstək üçün isə ölkə prezidentinə, ictimaiyyətə müraciət ünvanlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...