"Unibank"dan daha bir ŞİKAYƏT-FOTOFAKT
"Unibank"ın daha bir özbaşnalığı barədə şikayət məktubu yayılıb.
Cəbrayılova Xatirə Mirsəttar qızı bankdan şikayətçidir. Onun şikayət məktubunda bildirilir:
“2014-cü il 18 dekabr tarixində "Unibank" Kommersiya Bankından 1363.54 dollar kredit götürdük. Ödənişləri müqavilədə göstərilən gündən əvvəl ödəməyə çalışdıq. Manatın birinci devalvasiyasından sonra ödəyəcəyimiz məbləğın artdığını, bundan sonra 1.05 manatla ödəyəcəyimizi bildirdilər. Gözümüz telekanalllarda rəsmi qurumların bu problemin kökündən həll olunacağına, götürülən kreditlərin əvvəlki qaydada ödəyəcəyimizi düşündük. Amma yanıldıq, kreditlərin ödənilməsi bankların öhdəsinə buraxıldı. Biz də "Unibank"a müraciət etdik, amma nəticə olmadı. 1.05 tariflə kreditimizin davamını ödəməyə başladıq. Hansı ki, bu vaxta qədər bir dəfə də olsun aylıq ödənişi gecikdirməmişdik.
İkinci devalvasiya isə bizim üçün təmiz bıçağın sümüyə dirənişi oldu. Belə ki, götürdüyümüz krediti hansısa ölkəyə istirahətə, ya da digər istirahət xarakterli nəyəsə xərcləməmişik.Yoldaşımın xəstəliyi üçün təcili pul lazım oldu, biz də əlacsız qalıb bu məbləği götürəsi olduq. 0.78 tarifindən 1.05-ə qalxanda nə qədər ailə büdcəmizə təsir etmiş olmuşdusa, ikinci dəfə dolların manata müqayisədə qalxmağı bizi lap endirdi. Hazırda elə yoxuşa düşmüşük ki, dərdimizi deməyə-nə pulumuz var ki, həkimə deyək, nə də ki, "Unibank"ın yaratmış olduğu problemi deməyə, döyməyə qapı var. "Unibank"a müraciət edib, heç olmasa 1.05 tariflə ödəməyimizi xahiş elədik. Hansı ki, xahiş edəcək, minnətçi düşəcək tərəf elə Banklar idi. Onlarda 1.05 tariflə ödəməyimizi bildirdilər. Sevindik ki, onsuzda kredit az qalıb, ödəyək bundan sonra başımıza gələn bəlalardan banklara deyil, qohum-əqrabaya sığınarıq. Ən azından "Unibank" kimi borcumuza görə ailəmizi hədələməz, təhqiramiz sözlər işlədilməz.
İndi biz neyləyək?
Yoldaşım xəstə, götürdüyümüz pulu müalicəsinə xərclədik, indi də hər gün bankdan gələn zənglər hüzurumuzu əməllicə pozub. Sizə təqdim etdiyim sənədlərdə açıq-aydın görəcəksiniz ki, müqavilənin şərtlərini "Unibank" kobud şəkildə pozub. Aylıq ödənişlərin tarixi göstərir ki, vaxtından əvvəl ödəmişik. Məsələnin maraqlı tərəfi isə borcumuzu ödədikdən sonra-hansı ki, mən özüm bank rəsmiləri ilə əlaqə saxladım və borcumuzun bitdiyini bildirdim. Bankdan adıma baxıb kreditin qurtardığını bildirdilər. Bir müddət keçdikdən sonra isə mənə zəng olundu və borcumuzun olduğunu dedilər. Razılaşdığımız 1.05 tariflə deyil, ikinci devalvasiyadan sonra üzən məzənnənin tarifinə uğyun borc qalığı olduğunu bildirdilər.
Mənim hüquqlarımı "Unibank" tərəfi aşağıdakı ardıcıllıqla pozmuşdur:
1) Müqavilə şərtlərində göstərildiyi qaydaları bank tərəfindən ləğv olunması;
2) İkinci dəfə müqavilə bağlamağımız və bu dəfə də öz istəklərinə müqavilənin şərtlərini pozmaları;
3) Aylıq ödənişlərimi ödəyimiz halda və bank rəsmisi ilə danışığımızda da borcumun olmadığını demələrinə rəğmən, yenidən borclu olduğumu demələri;
4) 60-dan çox yaşım var, anası-nənəsi yaşında olan qadına yalançı demələri;
5) Hər gün ailəmizi narahat etmələri və bunların kimə, nəyə güvəndiyi də bilinmir, adamı elə təhdid edirlər ki… Zəng edib ailəmizin digər üzvlərini hədələyir, təhqir edirlər;
Şikayətçi Cəbrayılova Xatirə Mirsəttar qızının uluyol.info-ya göndərdiyi sənədləri təqdim edirik:
625 dəfə oxundu