Məktəbli geyimlərini bahalaşdıran Mikayıl Cabbarovun bu adamıdır

Məktəbli geyimlərini bahalaşdıran Mikayıl Cabbarovun bu adamıdır


“Bakı Tikiş Evi”nin orta məktəb şagirdləri üçün satdığı geyimlərin qiymətlərinin bahalaşdırılması nəzərdə tutulur.

Tia.az xəbər verir ki, bu bahalaşmaya təhsil naziri Mikayıl Cabbarovun və “pulyığan”ı Fərzəli Qədirovun “töhfəsi” olub.
Mənbənin sözlərinə görə, nazirlikdən fabrikə qiymətlərin bahalaşdırılması əmr olunub. Xəbərdə bildirilir ki, M.Cabbarovla F.Qədirov birlikdə bu ticarətdən ciddi gəlir götürməyi planlaşdırıb. Ölkə əhalisinin maddi vəziyyətini nəzərə almayan nazir və sağ əli öz imkanlarını düşünür. "Bakı Tikiş Evi"nin Satış şöbəsinin rəisi Etibar Əzimovun Trend-ə verdiyi məlumata görə, geyimlərin satış qiymətinin nə qədər bahalaşdırılacağı ilə bağlı qərar yaxın günlər ərzində açıqlanacaq: “Hələlik qiymətlərin nə qədər olacağı dəqiqləşdirilməyib. Hazırda bu məsələ araşdırılır”
.

BTE-dən bildirilib ki, qiymətlərin bahalaşdırılmasının əsas səbəbi isə materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsidir. “BTE məktəbli dünyası” Filialından isə Trend-ə bildirilib ki, Azərbaycanda dolların manata nisbətdə məzənnəsinin dəyişməsi prosesi başlayandan sonra geyimlərin qiymətlərində artıq artım müşahidə edilib.
Hazırda I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 46, VII-XI sinif şagırdləri isə 56 manatdır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40, VII-XI sinif şagırdləri isə 52 manat olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...