Bakıda "İdeal İnşşat"da ideal fırıldaq - vətəndaşlar şikayətçidir

Bakıda "İdeal İnşşat"da ideal fırıldaq -


Vətəndaşlar ölkə başçısından kömək istəyir

Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasının bir qrup mənzil mükiyyətçisi redaksiyamıza məktub yollayıblar. Prezidentə, baş prokurora, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciətlə yazılan məktubda “İdeal-İ İnşaat” MMC-nin rəhbər vəzifəli şəxslərinin əməllərindən şikayət olunur.
Müraciət müəllifləri yazır ki, MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün 10 il əvvəl müqavilə bağlayıblar. MMC-yə müqavilə üzrə mənzilin dəyərini ödəyiblər. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru İsa Əli oğlu Məmmədov binanı tikib təhvil vermir: “Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olub ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün direktorluqdan çıxaraq ”İdeal-İ İnşaat" MMC-yə özünün yaxın qohumu Çingiz Əkbər oğlu Məmmədovu direktor təyin edib.

Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyir, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə, köhnə Şüşə Zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı bir MMC-yə məxsusdur, lakin binalar “Baku Qrup”la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanıb. Mənzillərimizin pullarını da biz bu MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdiriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə, böyük ehtimal var ki, İsa Məmmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləyiblər. Məlumatlar var ki, onlar külli miqdarda vəsaitlə birgə ölkədən qaçmaq niyyətindədirlər".

Müraciət müəllifləri yazırlar ki, halal zəhmətlə qazandıqları pulları İsa Məmmədov və onun qohumları dələduzluq yolu ilə aldadılaraq əllərindən alıblar: “İsa Məmmədov və onun ”İdeal-İ İnşaat" MMC-sinin əməkdaşlarının qeyd olunan cinayət əməllərini ifşa olunsun və bu soyğunçu dəstə barədə bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşların da hüquqları bərpa olunsun. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barəsində lazımi tədbirlər görərək cəzalandırsınlar və mənzil aldığımız yaşayış binasının tezliklə tikilib qurtarmasına və vətəndaşlara təhvil verilməsinə nəzarət etsinlər".
P.S Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...