Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisidir - 14 milyardla

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisidir -


“Forbes” jurnalı mayın 25-də Rusiya milyarderlərinin ən zəngin varislərinin növbəti reytinqini dərc edib

Gundeminfo.az Oxu.Az-a istinadən xəbər verir ki, siyahıya valideynlərin sərvətindən hər bir övladın payına 2,3 milyard dollardan az düşməyən 20 ailə daxil edilib.

Ötən il olduğu kimi, siyahıya yenə “LUKOIL” şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov başçılıq edib, onun payına 14,5 milyard dollar düşür (ötən il bu rəqəm 8,9 milyard dollar idi).

Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə “neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib. İkinci sırada “EuroChem” şirkətinin sahibi Andrey Melniçenkonun qızı qərarlaşıb. “Forbes” versiyasına görə, beş yaşlı Taranın sərvəti 13,2 milyard dollar təşkil edir (ötən il - 8,2 milyard dollar).

İlk üçlüyü “Novatek” və “Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelsonun övladları bağlayıb. Onun 15 yaşlı qızı Viktoriya və iki yaşlı (adı açıqlanmır) oğlu 9,2 milyard dollar sərvətə malikdirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...