"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? - Açıqlama

"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? -

Redaksiyamıza Masazırda yaşayan sakinlər tərəfindən müraciət daxil olub. Müraciət müəllifləri GUNDEMİNFO.AZ-a müraciət edərək “Araz” Marketlərdən şikayətçi olduqlarını bildiriblər. Şikayət edən sakinlər iddia edirlər ki, “Araz” marketlərdə (Masazırda iki ən iri “Araz” market yerləşir) Ramazan ayının başlanması ilə onlara təqdim edilən reklam bukletlərində yanlışlığa yol verilib. Sakinlər iddia edir ki, aylardır bu marketdən 30 qəpiyə aldıqları “Xonca” Şirniyyat Evinin məhsullarını onlara guya “Ramazan endirimi” kim təqdim edərək 50 qəpikdən 29 qəpiyə endiriblər. Ramazan ayı ilə bağlı olaraq müştərilərə alış-veriş sonrası təqdim edilən reklam broşurlarında 42 faiz endirim kimi təqdim olunan şor və ya şirin qoğalların qiymətinin endirildiyi göstərildi iddia olunur. Gundeminfo.az-a müraciət edən müştərilərin bu narazılıqları ilə bağlı “Araz” Marketlərlər Şəbəkəsindən də münasibət öyrəndik.

Qurumdan bildiriblər ki, əslində qiymət fərqi ilə bağlı regional yanaşmalar da fərqlidir. Şikayətə cavab olan mövqeyi də təqdim edirik:

- Qeyd etdiyiniz şikayətlə bağlı aşağıdakı mətni bizim mövqeyimiz olaraq dərc etməyinizi xahiş edirəm.
“ Öncəliklə bunu bidirim ki, beynəlxalq pərakəndə sektorunda qiymət siyasəti olduğu kimi, Araz Supermarketlər Şəbəkəsində də qiymət siyasəti vardır. Bakı şəhərinin mərkəzində yerləşən filiallarımızla, şəhər kənarında yerləşən filiallarımızın qiymətləri eyni olmaya bilər. Bu qiymət siyasətinə marketin yerləşdiyi ərazi, müştəri kontingenti, rəqabət mühiti və s. daxildir. Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirəm ki, Araz Supermarketlər Şəbəkəsinin filiallarında satılan şirniyyatlar Xonça Şirniyyat evinə (http://xoncasirniyyat.az/ ) məxsusdur. Endirim bukletində göstərilən məhsul “şor qağal”-dır. Müştərinin aldığı məhsul isə şəkildən gördüyünüz kimi “şirin qoğal”-dır.

Araz Supermarketlər Şəbəkəsinin filiallarının əksəriyyətində satışda olan “şor qoğal” müştərilərə 0.5 manatdan (50 qəpik) təklif olunur. Xonça şirniyyat evi 2 aydan artıqdır ki, satışın stimullaşdırılması və rəqabətədavamlılığı təmin etmək məqsədi ilə Xırdalan, Masazır 1, Masazır 2 və Spar Bakıxanov filiallarında “şor qoğal”-a endirim edərək 1 ədədini 0,30 manatdan (30 qəpik) təklif edir. Xonça şirniyyat evinin fəaliyyət göstərdiyi digər 10 filialda isə şor qoğalın 1 ədədi 0.50 manata (50 qəpik) təklif olunur. Bu məhsulun qiyməti Müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar 42% endirilərək Xonça şirniyyat evinin fəaliyyət göstərdiyi bütün marketlərdə 0.29 manata satılacaqdır.
"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? -
"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? -
"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? -
"Araz" Merketin "Ramazan endirimləri"ndə qiymətlər bahalşır? -

Araz Supermarketlər Şəbəkəsində endirim bukletlərində göstərilən qiymətlər və endirimlər realdır. Müştərilərimiz daima alış-veriş zamanı həftəsonu endirimlərindən, ümumi aksiya və kampaniyalardan yararlana bilərlər.”

GUNDEMİNFO.AZ olaraq qeyd edək ki, 3 gün öncəyə qədər Masazır, Saray qəsəbələrindəki “Araz” Marketlərdə şirin və ya şor qoğalın qiymətləri 0.30 AZN olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...