400 minlik toyu olan məmur qızı Ayselə vəzifə verilib? - YENİLƏNDİ
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova telekanalların birində aparıcılıq edəcək.
Gundeminfo.az xəbər verir ki, bu barədə bloger xanım özü məlumat verib.
"Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən blogerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra yenidən açdım. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir.
Bundan sonra isə artıq Lider TV-də aparıcı kimi özümü sınayacam. Bloger kimi çalışıdığım qədər sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var İnşallah bilirəm ki, o da olacaq".
Qeyd edək ki, Oqtay adlı bəylə ailə quran Aysel Şükürovanın toyuna 400 min xərclənməsi haqqında gəzən xəbərlər mətbuatda geniş müzakirə olunub. (goldnews.az)
Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videoblogger Aysel Şükürova sosial şəbəkədə “Lider TV”-də aparıcılıq edəcəyi barədə məlumat yayıb. Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı “Lider TV”-nin icraçı direktorunun birinci müavini Lamiyə Ələkbərova ilə əlaqə saxlayıb.
O, müsahibəsində bildirib ki, A.Şükürovanın “Lider” telekanalında aparıcı kimi fəaliyyətə başlayacağı xəbəri əsassızdır. Bu barədə rəhbərlik tərəfindən A.Şükürovaya təklif irəli sürülməyib. O, özü də telekanala hansısa layihə ilə bağlı müraciət etməyib.
582 dəfə oxundu