Rusiyada iki azərbaycanlı həbsdən qaçdı - hər yerdə axtarılırlar

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı -
Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb. Gundeminfo.az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər.

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...