Çempionun öldüyü yolda piyada keçidi ləğv edildi - FOTO

Çempionun öldüyü yolda piyada keçidi ləğv edildi -
İyunun 28-də axşam saatlarında Bakının Xətai rayonu Zığ şosesində "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşının 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü hadisənin baş verdiyi piyada keçidi ləğv edilib.

Lent.az xəbər verir ki, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı asfalt rəngli materialla rənglənib və ərazidəki piyada keçidi yol hərəkət nişanı götürülüb.

Qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...