Əliyevlə Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər

Əliyevlə Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putinin Soçidə keçirilən görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
"Report" xəbər verir ki, görüşdə beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyiblər. Prezidentlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...