“Sizlər özünüz onların cavablarını verirsiniz” - Əli Həsənov

“Sizlər özünüz onların cavablarını verirsiniz” -

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Gundeminfo.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən V.Səfərli bildirib ki, müsabiqə KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə edib. Onun sözlərinə görə, müsabiqəyə 69 KİV-dən 147 yazı daxil olub.

Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən V.Səfərli ümumilikdə 111 nəfər jurnalistin mükafatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.

Daha sonra çıxış edən Ə.Həsənov bildirib ki, bu ilki bayram ikiqat əlamətdardır. Ə.Həsənov qeyd edib ki, iki gün öncə medianın dostu Prezident İlham Əliyev jurnalistlərlə görüş keçirib və öz tövsiyələrini verib: “Bütün jurnalistlər Prezidentin bu tövsiyyələrini qəbul etdi. Amma neynəyək ki, bunun əksini edənlər də var və onlar da hələ ki, mövcuddurıar. Onlar Azərbaycan mediasına da ləkə gətirirlər, xarici dairələrin antiazərbaycan kampaniyasında iştirak edirlər”.

Ə.Həsənov əlavə edib ki, ikinci əlamətdar hadisə ondan ibarətdir ki, bu il 255 jurnalist ailəsi mənzil sahibi olub: “Lakin adını jurnalist qoyan üzdən iraq insanlar ev bölgüsü ilə məşğul olan komissiyanın fəaliyyətinə kölgə salmağa, ev alan jurnalistlərin haqqını, ehtiyacını inkar etməyə çalışırlar. Sizlər özünüz onların cavablarını verirsiniz. Ev veriləcəyini anlayaraq onlar öz evlərini özgəninkiləşdiriblər, əmək kitabçalarını saxataşdırıblar, hətta bəziləri eyforiyaya qapılıb 12-13 yaşından jurnalistika ilə məşğul olmalarını əmək kitabçalarında qeyd ediblər. Ev bölgüsü ilə məşğul olan komissiya bütün bunları aşkar edib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...