Saatlı rayonunda 1 həftədir içməli su yoxdur rəsmilərsə susur

Saatlı rayonunda 1 həftədir içməli su yoxdur


Saatlı rayonunda bir həftədir içməli su yoxdur. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, bir müddət əvvəl rayona su xəttinin çəkilməsi ilə əlaqədar su verilməsində problem vardı. Həmin vaxti iki həftə evlərə verilən içməli suyun verilişi dayandırılmışdı. Lakin proses bərpa edildikdən sonra köhnə qaydadan fərqli olmayıb. Yenə də fasilələrlə içməli su verilib və sairə.

JAM.AZ-a məlumat verən Saatlı sakinləri bildirirlər ki, bir həftədir rayonun mərkəzinə içməli suyun verilməməsinin konkret səbəbi bəlli deyil. Rəsmi qurumlar bildirirlər ki, rayona daxil olan içməli su xəttlərindən birində problem yaranıb və o səbəbdən də əhali çətinliklə üzləşib. Amma camaat Saatlı Su-Kanal İdarəsinin müdirinin davranışlarından belə başa düşür ki, bu açıq şəkildə sabotajdır.

Azər adlı Su-Kanal İdarəsinin müdiri ilə görüşən rayon camaatı tam əmin olub ki, evlərə içməli suyun verilməməsinin səbəbi heç də su xətlərinin sıradan çıxması deyil. Əksinə, bu müdirin şəxsi istəyinə bağlı məsələdir. Camaat iddia edir ki, Su-Kanal İdarəsinin müdiri onlarla kobud davranmaqla yanaşı, həm də hər birinin evinə işçilərini göndərərək, onlara 80 manatdan cərimə yazdırıb. Etiraz edildikdə isə Azər adlı idarə müdiri onlara bildirib ki, hara istəyirlər şikayət edə bilərlər və kimsənin onun verdiyi qərarları müzakirə etməyə haqqı yoxdur.

JAM.AZ xəbər verir ki, bu azmış kimi, Saatlı Su-Kanal İdarəsinin müdiri yaranmış vəziyyətdə sui-istifadə edərək, əhaliyə su satmaqla da məşğuldur. Belə ki, hazırda Saatlıda bir maşın içməli su 10 manata qalxıb. Və qiymətləri artırmağı da idarə müdiri istəyib. Çünki əhaliyə su satan maşınların hamısı ona məxsusdur və ya Əhməd Əhmədzadənin idarələrinə məxsus maşınlarından ibarətdir.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...