Leyla və Arif Yunuslar Avropada özlərinə villalar alır - FOTO

Gundeminfo.az virtualaz.org-a istinadən xəbər verir ki, Çexiyada yaşayan azərbaycanlı fəal Zamiq Məmmədli Leyla və Arif Yunuslarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, Azərbaycanı tərk etmiş və yayılan məlumatlara əsasən, onlarla bank kartına malik olan, “hüquq müdafiəçisi” adlandırılan cütlük – Leyla və Arif Yunuslar Avropada özlərinə çox yaxşı güzəran qurublar.
Z.Məmmədli bildirib ki, onlar artıq Amsterdamda, Antalyada və Praqada istirahət etməyə vaxt tapıblar. Hətta Praqada Bechlinska 705/4, Praha 9 ünvanında iki mənzil almağı da bacarıblar.
Qeyd edək ki, Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələrinə əsasən ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi əksini tapıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alıb. Bundan sonra, Arif Yunus məhkəmə zalından azadlığa buraxılıb. 2015-ci il dekabrın 9-da isə apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrumetmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla, şərti hesab edilib. L. Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Hər iki şəxs hazırda Hollandiyadadır.
444 dəfə oxundu