Oqtay Əsədov: “O, səviyyəsizin biridir"

Oqtay Əsədov: “O, səviyyəsizin biridir"

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında separatçı “Talış Muğan Respublikasının” lideri olmuş Əlikram Hümbətovun son günlər yayılan separatçı və xəyanətkar müraciəti ilə bağlı məsələ qaldırılıb.

APA-nın məlumatına görə, deputat İqbal Ağazadə bildirib ki, Ə. Hümbətov xəyanətkar missiya seçərək, Avropada tribunalar əldə edib mütəmadi Azərbaycana xalqına və dövlətçiliyinə qarşı separatçı, xəyanətkar müraciətlər səsləndirir.

İ. Ağazadə bununla bağlı tədbirin görülməsini təklif edib. Spiker Oqtay Əsədov deputata belə cavab verib: “O, səviyyəsizin biridir, millətinə və ölkəsinə xəyanət edən adamdır. O kimdir ki, ona qarşı kampaniyaya başlayaq? Məncə bunun yeri yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
492 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...