Biznesmen oğlu “Range Rover”lə qəzaya düşdü - Hadisə gizlədilir

Biznesmen oğlu “Range Rover”lə qəzaya düşdü -

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib. Gundeminfo.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.

Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir. Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib. Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır. Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...