DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı AÇIQLAMA

DİN-dən avtobus sürücüsünə silah çəkən şəxslə bağlı

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
443 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...