Qarabağ-Koponhagen oyunu davam edir - CANLI YAYIM\

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.
“Qarabağ” "Kopenhagen" ilə qarşılaşır.
Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimal hesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək.
Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Alberto Undiano Malyenko
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla
Kopenhagen. “Parken” stadionu
***
İlk hissənin sonuncu dəqiqəsində "Kopenhagen" futbol klubu hesabı açıb: 1-0
Oyunun ilk hissəsinə 2 dəqiqə vaxt əlavə olunsa da, başqa qol vurulmayıb və komandalar fasiləyə yollanıblar.
Qeyd edək ki, Bakıda keçirirlən ilk oyun "Qarabağ"ın 1-0 üstünlüyü ilə bitmişdi. Bununla da ümumi hesab bərabərləşmiş oldu.
BURADAN İZLƏYİN
547 dəfə oxundu