Sabir Rüstəmxanlı deputat həmkarlarından inciyib

Sabir Rüstəmxanlı deputat həmkarlarından inciyib

“Aprel ayının 18-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) 13-cü qurultayını keçirdik. Yüksək səviyyədə keçən qurultayda Türkiyə və İraqdan millət vəkilləri iştirak edirdi. Türkiyənin 20-yə yaxın televiziyası qurultayın gedişini dünyaya çatdırdı”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı DAK sədri, deputat Sabir Rüstəmxanlı deyib. Deputat DAK-ın qurultayına laqeyd münasibət göstərdiklərinə görə deputat həmkarlarından incidiyini bildirib.

`Yaşımdan, Milli Məclisdə olan stajımdan istifadə edib bir incikliyimi və fikrimi çatdırmaq istəyirəm. DAK-ın qurultayına Qazaxıstandan başlamış Avstraliyadan, Amerikadan və bir çox ölkələrdən millət vəkilləri gəlmişdilər. Azərbaycandakı həmkarlarıma dəvətnamə vermişdim. Amma buna baxmayaraq, heç kim qurultaya gəlmədi. DAK İrana qarşı yaradılan təşkilat deyil. Bu, diaspor təşkilatıdır, müstəqildir, nə müxalifət, nə də iqtidardır. Yalnız milli birliyə xidmət edən bir təşkilatdır. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımın heç olmasa biri bir cümlə ilə də olsa, qurultaya görə təbrik səsləndirmədilər. Vaxtilə mərhum Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60-a yaxın adam göndərmişdi. Başa düşə bilmirəm, indi bu nə laqeydlikdir? Bizim aramızda yoldaşlıq var. Biri-birimizin xeyir-şərində iştirak edirik, çox gözəl. Amma bu da bir milli hərəkatdır, milli işdir`.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...