Göyçayda bir məmur bir kasıba belə zülm edir - VİDEO

Gundeminfo.az-ın redaksiyasına Göyçay şəhəri Nizami küçəsi ev 69 sakini İsmayılov Rüstəm İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunu olduğu kimi dərc edir və qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq:


- Mən Göyçay rayonu Nizami küçəsi ev 69 sakini hazırda Almaniyada müvəqqəti yaşayan İsmayılov Rüstəm İsmayıl oğlu mətbaut vasitəsi ilə prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Mədət Quliyevə və Baş Prokuror cənab Zakir Qaralova müraciət edirəm.Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev saxtakarlıq yolu ilə mənim və əlllidən çox göyçay sakinlərinin səhimlərini mənimsəyib əmlakını məhv edib özününküləşdirməklə onun barəsində heç bir tədbir görülmür. Baxmayaraq bu barədə çoxlusayda şikayətlər etmişəm. Arif Əliyev Göyçay Avtonəqliyyat ASC -ni saxtakarlıqla öz əlinə keçirib orada qanunsuz bazar fəaliyyəti ilə məşğul olur.
Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-ni qanunsuz olaraq kolxoz bazarı etmişdir. Atam 20 dekabr 1994-cü il tarixdə Göyçay "Avtonəqliyyat" ASC-nin həmin vaxtkı müdiri Mehman Məmmədovla bağladığı müqavilə ilə 80 kv-m yeri icarəyə götürüb orada çörək bişirmə sexi inşa etdirmişdir. Həmçinin bu barədə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən də razılıq sənədi almışdır. 1996-cı il tarixdə oradan əlavə olaraq 371 kv-m yararsız boş torpaq sahəsi bizə icarəyə verilmişdir. Orada tikdirdiyimiz sexin tam qanunu olması və bizə aid olmasını təsdiq edən konkret və mötəbər sənədlərimiz var. Həmin obyektin icarə haqqı, vergi pulu tam qanunu ödənilmişdir ki, qəbzlər var.
1999-cu il 1999-cu il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri vəzifəsinə təyin olunur. Hansı ki, onun ixtisası şərabçı idi. Bundan sonra o bizə məxsus qanunu seximizin qarşısını yan-yörəsini hasara aldırıb qanunsuz maneələr yaratdı, sökülməsini tələb etdi. Obyektdəki avadanlıqları yararsız hala saldı. Atam buna dözməyib 2007-ci il tarixdə dünyasını dəyişdi. 2016-cı il tarixdə Arif Əliyev Göyçay "Avtonəqliyyat" ASC-nin balansında olmayan həmin qanunu əmlakımızı tamamilə dağıdıb yerlə-yeksan etmişdir. Biz bu cinayət hərəkətləri barədə bütün orqanlara şikayətlər etmişəm. Ancaq heç bir tədbirlər görülmür. Çünki Arif Əliyev əldə etdiyi puldan gələnlərin cibinə dürtür deyə ona gözün üstə-qaşın var dyən yoxdur.
Arif Əliyev bizdən başqa Göyçayda çoxlusayda vətəndaşın haqqına girib onların səhimlərinə saxtakarlıqla yiyələnib mənimsəmişdir. Arif Əliyevin qanunsuz əməlləri nəticəsində tək mənim atam yox bir neçə şəxs dözməyib dünyasını dəyişib.
Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Mədət Quliyev. cənab Zakir Qaralov xahiş edirəm göstərdiyim faktları yerində mənim iştirakəmla yoxlatdırıb ciddi tədbirlər görəsiniz.
Göyçay "Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyevin cinayətləri barədə çəkilmiş videonu sizə təqdim edirəm.Xahiş edirəm Arif Əliyevin cinayət əməllərindən əziyyət çəkən Göyçaylıların video çıxışlarına baxın görün nələri danışırlar.
Gundeminfo.az olaraq qeyd edək ki, yazıda etik normaların pozulması və şəxsiyyətə yönəlik iddialar ixtisar edilib. Eyni zamanda şikayətçinin hazırladığı video da göstərilənlər şikayətçinin subyektiv iddialarıdır.
560 dəfə oxundu