Təhsil Nazirliyinin “qaranlıq adamı” hədəfdə: - Fərzəli Qədirov

Təhsil Nazirliyinin “qaranlıq adamı” hədəfdə: -
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirova cinayət işi açıla bilər. Bu barədə daxil olan ilginc məlumatda bildirilir.

Məlumata görə, Misir Mərdanovun nazir olduğu dönəmdə “qaranlıq” işlərlə məşğul olan və Mikayıl Cabbarovun da toxuna bilmədiyi Qədirovla bağlı xeyli şikayət var. Onun təhsil sahəsində şəbəkələşməsi və korruspiyaya yol verən əsas kadr olması hər kəsi narahat etməyə başlayıb.
Mənbə bildirir ki, “Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması” şöbəsi ləğv olunsa belə, yeni komandada yeni şöbədə öz mövqeyini qoruyub saxlayan

Qədirovla bağlı araşdırmalara qərar verilib.

Onun sözlərinə görə, artıq cəmiyyətdə və hakimiyyətdə Mikayıl Cabbarova da inanmsızlıq var. Avropa təhsilli nazirin dəyişiklik edəcəyini gözləyənlər onun Misir Mərdanovun ən korrupsioner məmurunu yanında saxlamasının belə şübhəli olduğu qənətindədirlər.

İddialara görə, təhsil sektorunda çirkli pullara nəzarəti də Fərzəli Qədirov yerinə yetirir. Bu xüsusi “əməyi”nə görə onun bu yaxınlarda vəzifə yüksəlişi da istisna edilmir. Maraqlı odur ki, Təhsil Nazirliyində məsul vəzifə tutan F.Qədirov öz ailəsinin də bu sektorda imkanlarını genişləndirir. Onun hətta Ramiz Mehdiyevin kadrı olduğunu iddia edənlər də var. Bu söz-söhbətlər də Qədirovun fəaliyyətinin araşdırılmasına səbəb olub.

Mənbə deyir ki, Təhsil Nazirliyinin aparat rəhbərinin müavininin yaxın zamanlarda həbs olunması da istisna edilmir. Hətta Qədirovu himayə edənlər belə bu dəfə ona sahib çıxa bilməyəcəklər, – mənbə deyir.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənə bilmədik.
//AzToday.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...