Daha bir marşrut sahibinin özbaşnalığı “Xaliq Faiq oğlu” MMC

“Xaliq Faiq oğlu” MMC-yə məxsus 49 saylı marşrut avtobusunun törətdiyi qəza nəticəsində xəsarət alanlar hələ də haqlarını ala bilməyiblər. Bu barədə Strategiya.az saytına zərərçəkənlərin vəkili Səməd Vəkilov məlumat verib. Bildirib ki, şirkətə dəfələrləedilən müraciətlər, hüquqi araşdırmalar heç bir nəticə verməyib.”Xaliq Faiq oğlu” MMC qəza nəticəsində ciddi xəsarət alan ailəyə dəymiş zərəri ödəməkdən boyun qaçırıb. S.Vəkilov məsələnin ədalətli araşdırılması üçün baş Prokururluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət olunduğunu vurğulayıb.
Qeyd edək ki, hadisə bi il yanvarın 26-da Suraxanı rayonu ərazisində “Komsomol” dairəsində baş verib. 49 saylı marşrut üzrə hərəkət edən avtobus “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mersedes”də olan bir ailənin 2 üzvü – sürücü Elşən Hüseynov və onun həyat yoldaşı ağır dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Qəzada Elşən Hüseynov kəllə beyin travması alıb. Bundan əlavə üst dodağın deşilib, sol göz almacığı və burnu qırılıb. Həyat yoldaşı isə onurğa sütunun zədələnməsi ilə müşayiət olunan bədən xəsarətləri alıb.
Vəkil S. Vəkilovun verdiyi məlumata görə, baş vermiş faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb və E.Hüseynov zərərçəkən şəxs kimi tanınıb. Lakin ailəyə dəyən ziyan ödənilməyib. Hazırda isə iş Sabunçu Rayonun Məhkəməsində araşdırılır.S.Vəkilov onu da bildirib ki, araşdırmalar zamanı 49 saylı marşrutun fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib:
“Marşrut fəaliyyəti zamanı qanunla müəyyən edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydaları haqqında Nazirlər Kabinetinin qərarına əməl etmədən fəaliyyət göstərir. “Xaliq Faiq oğlu” MMC-nin fəaliyyətini bir az araşdırmışıq. Məlum olub ki, bu, qurumun tərkibində fəaliyyət göstərən sürücülərlə bağlı ilk belə hadisə deyil. Onlar davamlı olaraq qəza törədirlər, sonra da belə laqeyd münasibət göstərirlər”. Məsələyə aydınlıq gətirmək üçün “Xaliq Faiq oğlu” MMC-yə müraciət etdik. Müəssisənin mühasibi Füzuli müəllim zəngimizdən əsəbləşərək bizim “səbəbsiz yerə bu məsələyə qarışdığımızı” söylədi. Təzminatın ödənilməməsinə gəlincə, bu problemin məhkəmənin qərarından sonra çözüləcəyini bildirib.
“Xaliq Faiq oğlu” MMC təmsilçisinin jurnalistin informasiya almaq hüququndan xəbərsiz olması və sualdan əndişələnməsi qurumun fəaliyyətində qanun pozuntularının bununla bitmədiyindən xəbər verir.
613 dəfə oxundu