Bu gün Ay Yerə yaxınlaşacaq: Bizi nə gözləyir?

Bu gün Ay Yerə yaxınlaşacaq:
Bu gün Ayın Yerə yaxınlaşması hadisəsi baş verəcək.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun baku.ws-əverdiyi məlumata görə, həmin vaxt Ayla Yer arasında məsafə 369 min kilometr olacaq.

Rəsədxananın direktoru Namiq Cəlilovun bildirib ki, bu gün Ayın Yerə yaxınlaşmasının insan orqanizmi üçün heç bir ciddi təsiri yoxdur.

“Bu yaxınlaşma adi hallardan biridir. Hadisə bir ildən bir təkrarlanır”, - deyə N.Cəlilov bildirib.

Onun sözlərinə görə, Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq.

Alim “Super Ay” hadisələrinin indiyə qədər bir neçə dəfə baş verdiyini və heç bir təhlükənin qeydə alınmadığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...