Millət vəkilindən "Bakcell"ə SƏRT İTTİHAM: "Yaramazlıqla məşğuldurlar"

Millət vəkilindən "Bakcell"ə SƏRT İTTİHAM:

Millət vəkili Fazil Mustafa "Bakcell"i sərt tənqid edib.

Unikal.org-un məlumatına görə, deputat mobil operatorun onun hesabından pul oğruladığını qeyd edib:

""Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün, hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın.
Kimsə ilə də Baksell nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e..."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...