“Space”də işçilərə 4 aydır maaş verilmir? - İDDİA VƏ CAVAB

“Space”də işçilərə 4 aydır maaş verilmir? -

“Space” telekanalında çalışanların şikayəti var.

Cebhe.info xəbər verir ki, işçilərin aylardır əmək haqlarını ala bilmədiklərini bildiriblər. Sosial şəbəkələrdə “Space” telekanalının işçisi Əhməd Məmmədov tərəfindən açıq məktub dərc olunub: “Mən kanalın əməkdaşıyam. 4 aydır maaş ala bilmirik.

Xahiş edirik bu məsələni ictimailəşdirin. “Space” televiziyasında işçilər may ayından bu günə qədər öz maaşlarını ala bilmirlər. Kanalın əməkdaşları televiziyanın mühasibatlıq şöbəsinə yaxınlaşsalar da, şöbənin müdiri Elnarə və onun işçisi Cəvahir xanım bildirir ki, televiziyanın hesabında pul yoxdur, xoşunuza gəlmirsə, işdən ərizə yazıb çıxın.Çünki televiziyanın rəhbəri Vaqif Mustafayev aylıq maaşları ödəyə bilmir.Televiziyanın büdcəsində isə pul yoxdur.Televizyaya reklam yerləşdirən şirkətlər isə artıq reklam verməkdən imtina edir.Çünki televizyada bütün layihələrin ömrü 2-3 aydan artıq çəkmir. Buna görə də şirkətlər reklam vermir və riskə getmək istəmirlər.

Televiziyanın əməkdaşları artıq 4 aya yaxındır ki, maaş ala bilmir.Televiziyanın Dövlət Sosial Müdafiə Fonduna və Vergilər Nazirliyinə külli miqdarda borcu olduğu üçün televiziyanın hesabı bağlanıb. Adıçəkilən qurumların “Space” televiziyasını məhkəməyə verdiyi bildirilir. İşçilərin bir qismi ərizə yazıb işləməkdən imtina etsə də, qalan əməkdaşları toplayan Vaqif Mudtafayev xahiş edib ki, bu çətin durumda işi atıb onu pis vəziyyətdə qoymasınlar.Vəziyyət xaotik həddə çatdığı üçün televiziyanın “Hər gün” xəbərlər xidmətinin əməkdaşları və əyləncəli verilişlərinin əməkdaşları çarəni rüşvət almaqla dolanmaqda görürlər”.

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin ictimaiyyətlə əlaqələr departamentin rəhəri Eldəniz Elgün Cebhe.info-ya açıqlamasında telekanalda Əhməd Məmmədov ad-soyadlı işçinin çalışmadığını deyib: “Bu qurama bir şeydir, təxribatdır. Sadəcə, “Space” gündəmə gəlsin, bəzi mətbu orqanlar da bunu işıqlandırsın. Bizdə heç bir halda Əhməd Məmmədov ad-soyadlı işçi olmayıb. Təxminən 10-15 gün bundan qabaq belə bir söhbəti yenə yaymışdılar, qarşısını aldıq. Görünür, məqsədli şəkildə edirlər”.

Qeyd edək ki, “Space” televiziyası 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...