Millət vəkilinin oğlunun adam vurması xəbərinə - REAKSİYA

Millət vəkilinin oğlunun adam vurması xəbərinə -
Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Axar.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, Yalçın Ağamalı hazırda Türkiyədədir.

“Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun “Cip” yox, “Hunday” markalı avtomobili var”.

Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata görə, deputatın oğlu Yalçın Ağamalı "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...