Anar Məmmədovun federasiyasında istefalar

Anar Məmmədovun federasiyasında istefalar


Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.

Bu barədə Unikal.org-a Nigar Süleymanovanın özü məlumat verib.

O, vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsədə, bu sözlərlə kifayətlənməli olub:

"Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm”.

Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasının prezidenti, Anar Məmmədovdur. Federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Bildirək ki, Azərbaycan Qolf Federasiyasının təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...